23:43 22.11.2017 1770

Antonio Konte: “Qarabağ” üçün belə şeylər vacibdi"

"Komandamın oyunundan məmnunam". Fanat.Az xəbər verir ki, bu sözləri "Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.
 
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ”ın qonağı olan London klubu 4:0 hesablı qələbə qazanıb.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis bu fikirləri səsləndirib: "Növbəti mərhələyə vəsiqə qazanıq. "Atletiko” ilə görüşün həlledici olmasının qarşısını aldıq. Bu da mənə onlarla görüşdə rotasiyalar etmək imkanı yaradacaq”.
 
- Qırmızı vərəqə və penalti qərarları haqda nə deyə bilərsiz?
- Mənə görə, həmin vəziyyətlər haqda danışmaq çətindi. Çünki mən texniki zonada oluram və ordan məsafə uzaqdı. Gördüyümə əsasən, penaltinin olub-olmadığını deyə bilmərəm. Sadəcə, onu deyim ki, hakim öz işini görməli, heç bir komandanın lehinə tərəf tutmamalıdı.
 
- Villianın çıxışından razı qaldınızmı?
- Mən adətən komanda haqda danışmağa üstünlük verirəm. Bu gün də rotasiya tətbiq edə bildim. Meydana çıxan oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Villianın 2 qol vurması özünəinam hissini bərpa etməsi üçün yaxşı haldı.
 
- "Qarabağ” azarkeşlərinin xoreoqrafiyasından nə başa düşdünüz?
- Futbolçular üçün bu cür atmosferdə oynamaq xoş haldı. Hiss olunur ki, futbola böyük həvəs var. Futbol ölkənizdə inkişaf edir. Azarkeşlərə təşəkkür etmək lazımdı. Həm "Qarabağ”, həm də Azərbaycan futbolu üçün belə şeylər vacibdi. Eyni zamanda, öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm.
 
- Londondakı matçla müqayisədə bu gün "Qarabağ”ın oyununda hər hansı dəyişiklik hiss etdinizmi?
- "Qarabağ” ilk oyunda da özünü yaxşı təşkil olunmuş komanda kimi göstərmişdi. Məşqçi işi görünür. "Qarabağ”ın yaxşı baş məşqçisi var. Komanda öz oyun tərzinə malikdi. Bu gün 10 nəfərlə qaldıqdan sonra da "Qarabağ” təşkilatlanmış oyun göstərdi. Buna görə həmkarıma təşəkkür edirəm.
 
- "Atletiko”ya səfərdə qalib gəldikdən sonra çempionat matçında uduzmuşdunuz. Bu dəfə də eyni hal təkrarlana bilərmi?
- İngiltərə Premyer Liqası çox çətin çempionatdı. 6 komanda çempionluq uğrunda oynayır. Şikayət etmək istəmirəm. Amma Londona çatmaq üçün 5 saat yarımlıq yol gedəcəyik. Bu isə futbolçuları yoracaq. Özümüzə "Liverpul”la matçda qeydə alına biləcək uğursuz nəticə üçün bəraət qazandırmaq istəmirəm. Amma bu məsələyə fikir verilməlidi.(apasport.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

Facebookdan bizi izləməyi unutmayın.
X