Çempionlar Liqasının V turunun azarkeş rekordu Bakıda qeydə alınıb. Fanat.Az xəbər verir ki, ötən gün Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" - "Çelsi" oyununu 67 min 100 nəfər canlı izləyib.
Bakı Olimpiya Stadionunun azarkeş tutumu 68 min 700 nəfərdi. Azərbaycan və İngiltərə çempionlarının görüşündə cəmi 1600 yer boş qalıb.
Bu V turun rekordu olub. "Qarabağ" - "Çelsi" oyunundan sonra ən çox azarkeş "Borussiya" (Dortmund) - "Tottenhem" oyununa toplaşıb - 68 min 849 nəfər.
Üçüncü yeri "Atletiko” - "Roma” oyunu tutub. Madriddəki qarşılaşmanı 56 min 253 nəfər canlı izləyib.
Qeyd edək ki, "Qarabağ"ın ev oyunlarındakı rekord 67 min 200 nəfərdi. Bu Çempionlar Liqasının "Qarabağ" - "Roma" oyununda qeydə alınıb.
Fanat.Az