"Mançester Yunayted"in ulduzu Marouane Fellaini karyerasını Fransada davam etdirə bilər. Fanat.Az xəbər verir ki, Mərakeş əsilli beliçkalı futbolçu PSJ-dən təklif alıb.
Paris klubu 30 yaşlı yarımmüdafiəçiyə 4 illik müqavilə təklif edib. Fellaininin "Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatacaq. Qaydalara əsasən futbolçu müqaviləsinin bitməsinə 6 ay qalmış gələn mövsümdən etibarlı olacaq müqavilə imzalaya bilər. PSJ müqaviləni məhz yanvarda imzalamaq istəyir. Paris klubunun belçikalı futbolçuya təklif etdiyi maaşın məbləği açıqlanmır.
Qeyd edək ki, "Mançester Yunayted" Fellainini 2013-cü ildə "Everton"dan 32,4 miilyon avroya transfer etmişdi.
Fanat.Az