Bildiyiniz kimi, "Lill"in baş məşqçisi Marselo Byelsa müvəqqəti olaraq klubdan kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, Çilidən qayıdan mütəxəssis komandanın bazasına gedib.
Lakin rəhbərliyin tapşırığına əsasən, onu bazaya buraxmayıblar.
Qeyd edək ki, Fransa mətbuatı onun Çiliyə mədə xərçənginə tutulan keçmiş köməkçisi Luis Mario Boninini ziyarət üçün getdiyini yazıb.
Fanat.Az