Rusiya "Lokomotiv"inin və Peru yığmasının futbolçusu Cefferson Farfan əvvəlki oyunlarda iştirak etmək üçün təyyarədə uzun məsafə getmək məcburiyyətində qalıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqada MOİK-lə oyundan sonra DÇ-2018-in matçları üçün Peruya yollanıb. Daha sonra Yeni Zelandiya ilə "pley-off" matçında iştirak edərək, ardından "dəmiryolçular"ın Avroliqaya hazırlıq məqsədi daşıyan Kopenhagen toplanışına yollanıb.
Noyabrın 27-də ÇSKA ilə növbəti ölkə çempionatı matçında iştirak edəcəyini nəzərə alsaq, Farfan 22 gün ərzində 28 min mil (46 min km) yol qət etmiş olacaq.
Fanat.Az