Almaniyanın Şimal-Şərq Regional Liqasında mübarizə aparan "Dinamo”nun hücumçusu Rüfət Dadaşov qışda ölkəmizdə peyda ola bilər.
Fanat.Az-a verilən məlumata görə, 15 tura 14 qol vuran forvard iki Azərbaycan təmsilçisindən təklif alıb. Berti Foqts dönəmində millimizə müntəzəm çağrılan Rüfətin hansı komandaya gələcəyi açıqlanmasa da, onu transfer etmək istəyənlərin Bakı təmsilçisi olduqları dəqiqdi.
Fanat.Az