Kaka karyerasını Çində davam etdirəcək. Fanat.Az "Corriere dello Sport”a istinadən xəbər verir ki, 35 yaşlı braziliyalı yarımmüdafiəçi "Quyçjou Çjiçen”lə 1 illik müqavilə bağlayacaq.
Ulduz "sambaçı” oktyabrda 2014-cü ildən şərəfini qoruduğu ABŞ təmsilçisini - "Orlando Siti”ni tərk edib. Bir müddət əvvəl "Milan” ona rəhbərlikdə vəzifə təklif etsə də, Kaka karyerasını bitirməyə hazırlaşmadığını bildirib.
Fanat.Az