“Branimir Subaşiç bizə məxsus deyil”. Bunu apasport.az saytına “Qarabağ”ın meneceri Asif Əsgərov deyib.
“Qarabağ” Emeka Opara, Elnur Abdulov, Kristian Torres, Əfran İsmayılov və Zaur Həşimovla yollarını ayırıb. Müqaviləsinin müddəti bitən futbolçulardan Admir Teli, Ansi Aqolli, Vüqar Nadirov, Fərhad Vəliyev, Namiq Yusifovla yollara davam etmək qərarı verilib. Yalnız klub Branimir Subaşiç məsələsində tələsmək istəmir.
Əsgərov onunla millinin toplanışı başa çatdıqdan sonra danışa biləcəklərini söylədi: “Hazırda onun müqaviləsi bizimlə başa çatdığından sərbəstdir. İstədiyi kluba keçə bilər. Ancaq Subaşiç hazırda millinin toplanışında iştirak edir. “Qarabağ”ın ala bilmədiyi futbolçu yoxdur. İstəsək, Subaşiçlə də razılığa gələcəyik”.
İdman24.az