Almaniyanın Gənclər Bundesliqasında XIII turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun və U-19 millimizin futbolçusu Murad Mahmudovun çıxış etdiyi "Ayntraxt"ın U-19 komandası növbəti oyununa evdə çıxıb.
Turnirin Cənub zonasında mübarizə aparan "Ayntraxt" "Haydenhaym"ı qəbule edib və 1:3 hesabı ilə yenilib. Renat meydana start heyətində çıxıb və sonadək oyunayıb. O, 84-cü dəqiqədə komandasının yeganə qoluna imza atıb. Murad isə 64-cü dəqiqədə oyuna qoşulub.
Qeyd edək ki, bu cari mövsümdə Renatın oynadığı 8 oyunda vurduğu 5-ci qol olub. Murad isə 9 matçda 2 dəfə fərqlənib.
Qeyd edək ki, "Ayntraxt" 12 oyundan sonra 15 xalla turnir cədvəlinin 9-cu pilləsini tutur.
Fanat.Az