Lionel Messi Neymarla bağlı açıqlama verib. Fanat.Az xəbər verir ki, argentinalı ulduz braziliyalı həmkarının gedişinin komandaya təsir etdiyini bildirib.
Messi "Marca"ya müsahibəsində "Neymarın gedişi oyun stilimihin dəyişməsinə səbəb oldu. Hücumda çox önəmli futbolçumuzu itirdik. Amma vəziyyət müdafiə baxımından işimizə yaradı. Artıq meydanın mərkəzində daha çoxuq və daha balanslı oynayırıq" deyib.
Qeyd edək ki, Neymar bu yay 222 milyon avro qarşılığında PSJ-yə transfer olunub.
Fanat.Az