09:28 27.11.2017 1200

"Qəbələ" və Dabo üçün əlamətdar qələbə

Topaz Premyer Liqasının XIII turunun "Kəpəz”lə səfər oyununda 2 qol vuran Baqali Dabo "Qəbələ”nin tarixində ən məhsuldar oyunçular siyahısında "Top-5”ə daxil olub.

Fanat.Az xəbər verir ki, hesabında 19 qol olan hücumçu 4-5-ci yerləri Daniel Subotiçlə bölüşür. Yalnız üç futbolçu - Viktor Mendi (33), Dodo (30) və Rövşən Əhmədov (20) daha çox qol vurub. Premyer Liqada 15-ci dəfə fərqlənən Baqali UEFA Avropa Liqasında 3, Azərbaycan kubokunda 1 qola sevinib.

Baqali Dabo "Qəbələ”nin tarixində ən çox dubl edən futbolçu adına yiyələnib. "Kəpəz”lə qarşılaşmada 2 dəfə fərqlənən hücumçu "qırmızı-qara” formada 5-ci dublunu rəsmiləşdirib. Bununla da Dabo 4 dəfə dubl edən Kənan Kərimovu arxada qoyub. Baqali ötən mövsüm 1 dəfə Premyer Liqa, 1 dəfə UEFA Avropa Liqasında, cari mövsümdə isə 3 dəfə Premyer Liqada bir oyuna 2 qol vurub. O, həm də bir çempionatda 3 dubla imza atan ilk "Qəbələ”lidir.

"Kəpəz”lə qarşılaşmanın 26-cı saniyəsində hesabı açan Baqali Dabo mövsümün ən erkən qoluna imza atıb. O, "Qəbələ”nin tarixinə 1-ci dəqiqədə qol vuran 3-cü futbolçu kimi düşüb. Lakin Dodo və Yannik Kamanan ev oyununda bunu bacarmışdısa, Dabo klub tarixinə ən erkən səfər qolunun müəllifi kimi düşüb.

Yannik Kamanan - 23.02.2013. "Qəbələ” - "Xəzər Lənkəran” - 2:0

Dodo - 04.10.2015. "Qəbələ” - "Xəzər Lənkəran” - 6:0

Baqali Dabo - 25.11.2017. "Kəpəz” - "Qəbələ” - 1:6 

Gəncədə qazanılan nəticə "Qəbələ”nin tarixində 45-ci, Premyer Liqada 25-ci böyükhesablı qələbə olub. "Qırmızı-qaralar” səfərdə 17-ci belə uğura imza atıb ki, onlardan 11-i Premyer Liqaya təsadüf edib. 
"Qəbələ” tarixində 8-ci dəfə bir oyunda 6 və ya daha çox qol vurub. Həm də 5 və ya daha çox fərq qeydə alınan matçlardan 3-ü səfərdə baş tutub. Premyer Liqada 4 belə qələbəsi olan "Qəbələ” 3-cü dəfə rəqib meydanında qalib gəlib. Ümumiyyətlə, daha böyük fərqli qələbələri olan "qırmızı-qaralar” ilk dəfə 5 top fərqilə üstün olub.

11.11.2007. "Gənclərbirliyi” - "Qəbələ” - 0:6

04.10.2015. "Qəbələ” - "Xəzər Lənkəran” - 6:0

10.09.2016. "Neftçi” - "Qəbələ” - 0:8

25.11.2017. "Kəpəz” - "Qəbələ” - 1:6

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

Facebookdan bizi izləməyi unutmayın.
X