16:44 27.11.2017 2399

“Kəpəz”in özək dərdi

Nihat Ağasoy

Bir neçə il əvvəl Gəncəyə yasa getmişdim. Dostlarımın birinə də baş çəkdim. Ordan-burdan danışdıq, köhnə xatirələri yada saldıq. Futbolla maraqlanmasa da, Mehman Allahverdiyevlə yaxın münasibətləri olduğunu öyrəndim. Ertəsi Mehman müəllimlə "Xan bağı”na görüş təyin etdik, görüşdük. Mürəbbəli çayla futbol mövzusunda neçə saat danışdığımızı xatırlamıram. Amma həmin günün axşamı Fəxri Xiyabanda Kostya dayının sadə məzarına baxa-baxa kələfin ucunun harda düyünləndiyini tapmağa çalışdığım dəqiq yadımdadı. 

Konstantin Abramenkonun tanınmış futbolçuları uşaq yaşlarında ora-bura qaçırtdığı meydançanın durumuna isə ən layiqli qiyməti şirin Gəncə ləhcəsiylə futbola könül verməyən dostum verdi. O dörd sözdən ibarət mükəmməl cümləni qəzet səhifəsinə uyğun şəklə salmağa cəhd etsəm, dadı-duzu qaçacaq. Örənimiş örüş yerini xatırladan, dəmir qapısı dəhşət filmlərindəkindən də vahiməli səslə cırıldayan məkanı futbol meydançasından başqa hər şeyə bənzətmək olardı. Təxminən 10-15 dəqiqə döyənək olmuş yerə tamaşa edib uzaqlaşdıq...

"Kəpəz”in dərdi baş məşqçi dərdi deyil. İstər Abramenkonun yetirmələrindən olan Yunis Hüseynov, istərsə də başqası bu komandayla böyük uğurların qapısını döyə bilməyəcək. Şahin Diniyev məhdud büdcəylə mümkün olanı ortaya qoymuşdu: Avroliqaya vəsiqə, mərhələ adlamaq sevinci. Azdı? Əlbəttə, Azərbaycanın futbol xəritəsində konturları parlaq, yağlı boyayla cızılmış şəhər üçün çox azdı. Amma daha artığını arzulayanlar problemin həllini kökündən tapmasının vacibliyini anlamalıdı.  Bu gün "Kəpəz”də bir gəncəli oyunçu top qovursa, maşallahların, vəlilərin, vidadilərin, mahmudların, yunislərin davamçıları digər klublarda da yoxdusa, Nizami yurdunun təmsilçisi elə indiki kimi oynamalıdı. Ənənə adlandırılan anlayışı da insanlar formalaşdırır. Biri əsasını qoyur, sevdirir, başqaları püxtələşdirir, kütləviləşdirir. Biz eşitdiyimiz ənənəni mərhum mütəxəssis gec-gec yad olunan sadə məzarına aparıb. İndi "Kəpəz” ənənəvi AFFA komandasıdı. Belə desək, Gəncənin adından oynasa da, qanıyla,canıyla, ruhuyla, oyun tərziylə gəncəli deyil. Tarixən o şəhərdə yenilgiləri "pirojki” kimi yeməyiblər. 1:6-ya bənzər rüsvayçı məğlubiyyətləri sıradan olay saymayıblar. Meydana ayaq basan futbolçu kimliyindən asılı olmayaraq, hansı azarkeş üçün oynadığının fərqinə varıb. Qınağı da qəbul edib, yeri gəlsə, oyunlardan sonra ağzının üstünə dəyən silləni də.

Həmişə demişəm, AFFA-da əyləşən futbol başbilənlərinin ən böyük nöqsanı mentallıq adlı amili solaxay tutmalarıdı. Gəncədə böyük futbolu "diriltmək” missiyasını boynuna götürən səriştəsizlər öncə ana problemi aradan qaldırmağa çalışmalı, ardından inkişaf yolunda addımlar atmalıydı. Uşaq futbolu olmayan, 5 ildə yığmaya 5 gənc oyunçu verə bilməyən şəhərin bir nömrəli komandası kökü qurumuş ağac kimidi. Budaqlarını yüz bağban tumarlasa da, boy atmayacaq. 

Mənbə: "Futbol+" qəzeti
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X