"Roma" "Qarabağ"la oyun ərəfəsində itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, İtaliya klubunun hücumçusu Qrequar Defrel zədələnib.
O, A Seriyasının "Cenoa" ilə oyununda (1:1) zədə alıb. Müayinədən keçən fransalı fuorvardın sol dizaltı vətərində problem aşkarlanıb. Onun "Qarabağ"la oyunda meydana çıxıb-çıxmayacağı bilinmir.
Qeyd edək ki, "Roma" - "Qarabağ" oyunu dekabrın 5-də İtaliyanın paytaxtındakı "Olimpiko" stadionunda baş tutacaq.
Fanat.Az