"Mançster Yunayted"in ulduzu Zlatan İbrahimoviç burnunu dəyişdirmək istəyir. Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, isveçli futbolçu bu səbəbdən Türkiyəyə gələcək.
36 yaşlı futbolçunun burun əməliyyatını Türkiyədə etdirməsinin səbəbi var. Belə ki, onun İsveç millisindəki komanda yoldaşı, türk əsilli Erkan Zəngin burun əməliyyatını Türkiyədə etdirib. İbrahimoviç isə komanda yoldaşını əməliyyat edən həkimin işindən razı qalıb. Bu səbəbdən də burnunu Türkiyədə əməliyyat edirmək qərarına gəlib.
Məlumata görə, İbrahimoviç yaxın zamanda Türkiyəyə gələrək İstanbulun Nişantaşı bölgəsindəki klinikada əməliyyat olunacaq. Bu klinikada Seda Sayan da burun əməliyyatı etdirib.
Fanat.Az