Kipr Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis” də bu mərhələdə matça çıxıb.
Arazın komandası "Ksilotimpu”nun qonağı olub və 2:1 hesablı qələbəyə sevinib. Oyuna start heyətində başlayan Araz 90 dəqiqə top qovub. O, komandasnın qollarından birinə məhsuldar ötürməylə töhfə verib. 74-cü dəqiqədə Abdullayevin künc zərbəsindən ötürdüyü topu başla qapıdan keçirən Viktor hesabı bərabərləşdirib. Bundan iki dəqiqə sonra isə Sisse qələbə qolunu vurub və "Anartosis”i 1/8 finala daşıyıb.
Fanat.Az