10:56 30.11.2017 1775

2 futbolçunun həbsi ilə bağlı "keşlə" və BŞBPİ-dən açıqlama

Azərbaycan Kubokunun MOİK - "Keşlə" matçından sonra "Keşlə"nin baş məşqçisi Ramiz Məmmədov 2 futbolçunun - Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırıldığını bildirib. Sözügedən hadisədən bir neçə saat sonra hər iki futbolçunun hüquq mühafizə orqanları tərəfindən saxlanıldığı və hazırda dəmir barmaqlıqlar arxasında olmaları ilə bağlı xəbərlər yayılıb.

Buna səbəb isə onların Premyer Liqanın XIII turu çərçivəsində baş tutan "Neftçi” ilə oyunda qəsdən uduzmaları olub. Futbolinfo.az-ın məlumatına görı, bu oyun yüksək səviyyədə araşdırılır və ilk addımlar da atılıb. "Neftçi” ilə oyundan sonra Ramiz Məmmədovun "səbəbləri açıqlasam, böyük partlayış ola bilər” sözləri təsadüfi deyilmiş. Sən demə, "Keşlə”nin çalışdırıcı olaylardan xəbərdar imiş. O, komandanın əksər oyunçularının bilərəkdən uduzduğunu meydanda sərgilədikləri futbola görə hiss edibmiş. "Neftçi” ilə matçdan öncə məşqçi olayların belə axar alacağından duyuq düşübmüş. Amma mümkün məğlubiyyətin məsuliyyəti altında qalmamaq üçün həmin futbolçuları meydana buraxıb və şübhələri doğrulub. İddiaya görə, "Neftçi ilə oyunda start heyətdə meydana daxil olan futbolçuların böyük əksəriyyəti bu plana qulluq edirmiş. Sən demə, Orxan Sadıqlı, Sertan Taşkın, Adrian Skarlatake və Pərdis Fərcad-Azaddan başqa bütün futbolçular könüllü məğlubiyyətə razılaşıb. Düzdü, bəziləri plana qoşulmayıb, amma adlarını çəkdiklərimiz kimi, etiraz da etməyiblər.

Baş rolda "Neftçi” ilə müqavilə bağlamağa hazırlaşan Hacıyev və futbolçular üzərində gizli hökmranlığı olan Seyidov olub. İlk olaraq komandadan bu futbolçuların qovulması və hüquq-mühafizə orqanları tərəfindən məhz onların saxlanılması da təsadüfi deyil. Yaxın günlərdə bu işdə əli olan digər futbolçuları da eyni aqibət gözləyir.

Məsələ ilə bağlı "Keşlə" klubundan münasibət öyrənməyə çalışdıq. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov "Qaynarinfo"ya açıqlamasında sözügedən məsələ ilə bağlı klub tərəfindən araşdırılma aparıldığını bildirib:

"Məsələ diqqət mərkəzimizdədir. Araşdırırıq. Dəqiq məlumatlar olduqdan sonra mətbuata açıqlama verəcəyik. Hələlik isə heç nə deyə bilmərik".
 
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov isə məsələdən xəbərsiz olduğunu bildirib: 
 
"Bu barədə ilk dəfə elə sizdən eşidirəm. Məsələni araşdırıram. Hələlik bir məlumatım yoxdur, olan kimi mətbuata açıqlama veriləcək".

Qeyd edək ki, "Neftçi"-"Keşlə" oyunu zamanı meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəlməsində qonaqların könüllü təslim olmasına dair ehtimallar var.
 
"Keşlə"nin prezidenti Zaur Axundov isə "Report"a açıqlamasında bildirib ki, Hacıyevlə Seyidov danışılmış oyunlarda şübhəli bilindikləri üçün saxlanılıblar. 
Klub rəhbərinin sözlərinə görə, belə bir tədbir Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq görülüb: 

"Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisə barədə dünən axşam xəbər tutmuşuq. Onların harada saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbridir. Günahları sübuta yetirilsə, cəzalanacaqlar. Günahsız olsalar, futbolçu karyeralarını davam etdirəcəklər. Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq”.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

Facebookdan bizi izləməyi unutmayın.
X