İspaniya La Liqasının üzvü "Las Palmas” baş məşqçisi Pako Ayestaranla yolları ayırıb.
Fanat.Az xəbər verir ki, "Las Palmas” ötən gecə İspaniya kubokunun 1/16 finalında "Deportivo”ya məğlub olduqdan (2:3) sonra rəhbərlik mütəxəssisi göndərməyi qərara alıb. Məğlub olmasına baxmayaraq növbəti mərhələyə adlayan komanda ilk qarşılaşmada 4:0 hesabı ilə qələbəyə sevinmişdi.
Ayestaran bu ilin sentyabrından "Las Palmas”da işləyirdi. Onun rəhbərliyi altında komanda La Liqada 7 oyun keçirib, bunların 6-da məğlub olub, 1 oyun isə heç-heçə yekunlaşıb.
Komanda hazırda 13 xalla 19-cu pillədədi.
Fanat.Az