Topaz Premyer Liqasının XIV turuna ilk təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, sabah keçiriləcək "Qarabağ” – "Neftçi” qarşılaşmasını Fariz Yusifov idarə edəcək.
Sabiq FIFA referisi dekabrın 1-də keçiriləcək görüşdə ədaləti qoruyacaq.
1 dekabr
18.30 Qarabağ - Neftçi
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
"Azersun Arena”.
Fanat.Az