"Trabzonspor"un gənc futbolçusu Abdülkadir Ömür Avropanın böyük klublarının maraq dairəsinə düşüb. Fanat.Az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə "Arsenal", "Atletiko" və "Bavariya" kimi böyük klublar maraqlanır.
Artıq onun üçün ilk təklif gəlib. Məlumata görə, İspaniyanın "Valensiya" klubu Abdülkadir Ömürə görə "Trabzonspor"a 15 milyon avro təklif edib.
Qeyd edək ki, Abdülkadir Ömür cari mövsümdə 11 rəsmi oyuna çıxıb və 1 qol vurub.
Fanat.Az