"Neftçi”yə oyun satmaqda şübhəli bilinən futbolçuların – Nizami Hacıyevlə Mirhüseyn Seyidovun dünəndən azadlığa buraxıldığından xəbərdarsız.
Fanat.Az-ın məlumatına görə Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsində dindirilirildikdən sonra sərbəst buraxılan oyunçular ittihamları tam şəkildə qəbul etməyib.
Hər iki futbolçu ayrı-ayrılıqda izahat verərkən kontorlara pul qoyuluşu etmədiklərini söyləyib, "Neftçi"yə qarşı isə qəsdən zəif mübarizə apardıqlarını boyunlarına alıblar. Şübhəlilərin araşdırmalar başa çatana qədər ölkəni tərk etmələri yasaqlanıb. Onlara lazım gələcəyi halda, yenidən hüquq-mühafizə orqanlarına çağırılacaqları deyilib.
Fanat.Az