Dünya çempionatına vəsiqə qazanan Seneqal milli komandası prezident sarayında qonaq olub.
Fanat.Az xəbər verir ki, ölkə başçısı Maki Sell ilə görüşən futbolçular qəribə tələblər irəli sürüblər.
Komanda adına danışan keçmiş "Fənərbağxa"lı futbolçu Musa Sou canlı yayımda prezidentə istəklərini bildirib. Sou komanda üçün yeni avtobus, bütün futbolçulara diplomatik pasport və torpaq sahəsi ayrılmasını deyib.
İstəklərdən şoka düşən prezident bunları sonra danışmaq lazım olduğunu bildirib, hələlik hər futbolçuya 30 min avro mükafat təklif edib.
Səudiyyə Ərəbistanının "Əl Əhli" klubunda çıxış edən Musa Sounun komanda üçün avtobus istisna olmaqla, digər tələbləri ictimaiyyət arasında narazılığa səbəb olub, buna görə də, bu tələblərə görə israr edilməyəcəyi bildirilib.
Fanat.Az