13:24 01.12.2017 1758

"Neftçi"yə qarşı qəsdən zəif oynamışıq, “Keşlə”yə qarşı nankorluq etmişəm"

Ötən gün həbsiylə bağlı xəbər yayılan tanınmış futbolçu Mirhüseyn Seyidov olke.az saytının suallarını cavablandırıb. Fanat.Az müsahibəni təqdim edir.

Qeyd edək ki, Seyidovla yanaşı Nizami Hacıyevin də adı oyun alqı-satqısında hallandığı üçün saxlanıldığı bildirilirdi.

- Dünən sizin və komanda yoldaşınız Nizami Hacıyevin həbs olunmağınızla bağlı xəbər yayılmışdı.
- Bizi polis saxlamamışdı. Komandada problem yaranmışdı. Guya biz 5-6 oyundur oynamırıq. Əsasən də "Neftçi”ylə oyuna görə narahatlıq var idi. Mən 6-7 il "Neftçi”nin oyunçusu olmuşam, o klubun yetirməsiyəm. "Neftçi” ilə oyunda ürəyim keçmiş komandamda olduğuna görə zəif çıxış etmişəm. Mənim qışda "Neftçi”yə keçmək söhbətim var idi. Özümüz qəsdən zəif çıxış etmişik, ürəyim bir növ ora üçün yanır. Amma mərc kontorlarına pul qoymağımızla bağlı yayılan xəbərlər tamamilə yalandır. Düzdür, səhv etmişik. "Keşlə” komandasına qarşı nankorluq etmişəm. Amma futboldur, hər şey ola bilər.

- Deməli, mərc kontorlarına pul qoymamısınız, amma "Neftçi” ilə oyunda qəsdən zəif çıxış etmisiniz?
- Bəli. Bir az vicdan əzabı çəkirəm. Bu da "Neftçi”yə olan istəyimizdən yaranıb. Nizami Hacıyev orayla müqavilə bağlamışdı. Demək olar ki, müqaviləsi hazır idi. Mənə də demişdilər ki, qışda gələrsən. Etdiyim işdən həqiqətən peşmanam. Buna görə "Keşlə”nin, AFFA-nın rəhbərliyindən, azarkeşlərdən üzr istəyirəm ki, səhv addım atmışam. Bu addımı "Neftçi”yə keçmək üçün atmışam.

- Bir gün ərzində harada saxlanılırdınız?
- Saxlanılmamışdıq, sadəcə, telefonlarımıza zəng çatmadığına görə hamı narahat olub.

- Bəs harada idiniz?
- Uyğun bir yerdəydik. Orada dostlarımız da var idi. Sadəcə, kontor məsələsinə görə izahat yazmalıydıq.

- İzahatı kim üçün yazırdınız?
- Klub rəhbərliyi üçün izahat yazırdıq. Onlar da bizim səhvimizi başa düşdülər. Kluba qarşı haqsızlıq etmişik. Digər oyunlarda ürəklə çıxış etmişik. Həm də kimsə deyə bilməz ki, sən hansısa mərc oyununa pul qoymusan. Heç elə şeylərdən başım çıxmır.

- "Keşlə” sizinlə müqaviləyə xitam verib…
- Yəqin ki, yaxın günlərdə federasiya özü qərar verəcək.

- Karyeranızı "Keşlə”də davam etdirmək istəyirsiniz, yoxsa "Neftçi”yə keçmək fikriniz var?
- O qalıb Allaha. Əsas odur ki, səhvimizi başa düşmüşük. İnşallah, AFFA rəhbərliyi bizi nəzərə alar.

- Sizcə bu hadisələrdən sonra çempionatımızda çıxış edən hansı komanda sizi heyətinə qəbul edər?
- Bunu gələcək göstərəcək. Bu məsələdə çox dostlar yanımızda oldu. Hər kəsin çətinliyi ola bilər. Həyatda elə qardaşlar, dostlar qazanmışıq ki, səhv addım atsam da, böyük problemlərə başımı soxmamışam. Əgər buradan təklif olmasa, ölkədən kənarda çıxış edərəm. Əsas odur ki, adım təmizə çıxsın. Oynamasam da, acından ölməyəcəyəm. Bir işlə məşğul olacağıq.

- Sizə qarşı zor tətbiq edildiyi barədə məlumatlar yayılmışdı…
- Çox şükür evimdəyəm. Bu gün cümədir. Sizin də cüməniz mübarək. Evdən çıxıb məscidə gedəcəyəm. Şayiələr çoxdur. Amma şükür ki, evimizdəyik. Həyat davam edir.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

Facebookdan bizi izləməyi unutmayın.
X