Almaniya Gənclər Bundesliqasının Cənub zonasında XIV turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, əsas millimizin hücumçusu Renat Dadaşov və U-19 yığmamızın üzvü Murad Mahmudovun çıxış etdiyi "Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi "Hoffenhaym”lı həmyaşıdlarını qəbul edib. Turnir cədvəlinin lideri ilə görüşdə qalib müəyyənləşməyib – 0:0. Hər iki oyunçumuz görüşə start "11-lik"də başlayıb. Renat matçın sonuna kimi meydanda olubsa, Murad ikinci hissədə əvəzlənib.
Qeyd edək ki, bir oyun az keçirməklə 13 matça 16 xal yığan "Ayntraxt” turnir cədvəlinin 8-ci pilləsində mövqe tutub.
Fanat.Az