Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Dinamo” Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Berlin təmsilçisi XVII turda "Yunion Fyurstenvalde”ni qəbul edib. Görüş "Dinamo”nun 4:0 hesabı qələbəsi ilə başa çatıb.
Qollardan ikisini Rüfət Dadaşov vurub. 19-cu dəqiqədə hesabı açann futbolçu 66-cı dəqiqədə fərqi 3 topa çatdırıb.
Bu, Dadaşovun mövsümdə 17-ci qolu olub. Şimal-Şərq Regional Liqasında bombardirlər yarışına başçılıq edir və ən yaxın rəqiblərindən 10 qol qabaqdadı.
Qeyd edək ki, "Dinamo” 33 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "Kottbus"dan 8 xal geri qalır.
Fanat.Az