Çempionlar Liqasının qrup mərhələsindəki son matçında "Roma” ilə üz-üzə gələcək "Qarabağ” İtaliyaya yola düşüb.
Fanat.Az xəbər verir ki, ağdamlılar bu gün saat 16.00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından matçın keçiriləcəyi Romaya uçublar.
Azərbaycan çempionunu səfərə "Qarabağ” təyyarəsi aparıb.
Qeyd edək ki, "Roma” – "Qarabağ” matçı dekabrın 5-də, saat 23.45-də start götürəcək.
Fanat.Az