Bu gün İranda futzal üzrə "4 Top Nations” turniri başlayıb. Fanat.Az xəbər verir ki, milli komandamız da beynəlxalq yarışda iştirak edir.
Joze Alesio Da Silvanın yetirmələrinin ilk rəqibi meydan sahibi İran yığması olub. Oyunda qalib müəyyənləşməyib. Hərəyə 3 qol vuran komandalar hərəyə 1 xal qazanıblar - 3:3.
Qeyd edək ki, günün ilk oyununda Rusiya və Qazaxıstan milliləri də eynihesablı bərabərliyə razılaşıblar - 3:3.
İran - Azərbaycan 3:3
Qollar: Əli Əsgər Həsənzadə, Hüseyn Tayebi, Muhammed Şajari - Bastos Qabriel, Karvalyo, Tyaqo.
Fanat.Az