Xəbər verdiyimiz kimi, hazırda "İnter" Tükiyənin İzmit şəhərinin yaxınlığındaki Kartepe qəsəbəsində təlim-məşq toplanışı keçirir.
Qeyd edək ki, dünən "İnter"in sıralarına komandanın direktoru Natiq Məmmədov qoşulub. Axşam saatlarında Kartepe qəsəbəsinə çatan direktor bu səhər baş tutmuş məşq prosesini izləyib. Məşqdən əvvəl N.Məmmədov komanda üzvlərinə bu toplanışın faydalı keçəcəyini bildirdi və onlara çalışmalarda uğurlar arzuladı.
İdman24.az