Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O’Nilin Bakıda keçirəcəyi mətbuat konfransının vaxtı məlumdu. Fanat.az AFFA-nın saytına istinadən xəbər verir ki, sabah 16.00-da britaniyalıların çalışdırıcısı media mənsubları önünə çıxacaq.
Mətbuat konfransı rəqibinyerləşdiyi “Hilton” otelinin zalında keçiriləcək.
Eyni zamanda, Şimali İrlandiyanın açıq məşqi də olacaq. 15 dəqiqəsi mətbuat üçün açıq olan hazırlıq sabah 19.00-da keçiriləcək. Bu məşq oyunun keçiriləcəyi “Bakcell Arena”da reallaşacaq.
Xatırladaq ki, millinin Şimali İrlandiya ilə oyunu oktyabrın 11-də keçiriləcək. Görüşün start fiti 21.00-da veriləcək.
Fanat.az