03:08 06.12.2017 1559

Di Françesko: "Qarabağ"ın sistemi səhv idi"

"Roma”nın baş məşqçisi Eysebio Di Françesko UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Fanat.Az-ın məlumatına görə, İtaliya klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra birbaşa sualları cavablandırıb.
 
- Bu axşam qələbə qazansanız da, komandanız çox da möhtəşəm oynamadı. Sizin təəssüratlarınızı bilmək istərdik...
- Xüsusi təəssüratlarım yoxdu. Komandam qələbə qazanmağı çox istəyirdi. Buna məcbur idik. Birinci hissədə istədiyimiz kimi oynaya bilmədik. İkinci hissədə isə fəallaşdıq, qol vurduq, qələbəni təmin etdik. Artıq indidən 1/8 final barədə düşünməyə başlamışıq. Bunu çox istəyirdik. Amma bununla kifayətlənmək olmaz. Daha da böyük uğurlar üçün çalışmalıyıq. Bu gün qələbəni çətinliklə qazandıq. Amma asan qələbə qazanmaq da öyünüləsi bir şey deyil.
 
- Sizə elə gəlmir ki, "Roma”nı uğurlara daşıyan daha çox sol cinahın uğurlu çıxışıdı?
- Doğrudan da komandamızın sol cinahı yaxşı çıxış edir. Futbolçularımız yaxşı vəhdət təşkil edirlər. Amma mən bütün komandadan daha yaxşı oyun gözləyirəm. Stefan Əl- Şaraavinin də çıxışını xüsusu qeyd edərdim. O da çox yaxşı oynayır. Ümumiyyətlə, bu gün oynayan, oynamayan hər bir futbolçumuz, bütövlükdə komandamız ÇL-də mərhələ keçməyimizi çox istəyirdilər.
 
- Bakıda keçirdiyiniz oyunda hansısa jurnalist sizin mətbuat konfransınızı kəsib canlı yayıma bağlansaydı, buna münasibətiniz necə olardı? Çünki bir qədər öncə "Qarabağ”lı həmkarınız "Sky Sports”un əməkdaşı tərəfindən belə bir münasibətlə üzləşdi...
- Mən həmişə jurnalistlərin bütün suallarına cavab verməyə çalışıram. İndi də futbol barədən olan suallarınızı məmnuniyyətlə cavablayardım. Amma belə şəxsi məsələlər barədə suala cavab verməkdə çətinlik çəkirəm.
 
- Sabah 1/8 finala vəsiqə qazanan bütün klubların adları bəlli olacaq. Siz "Bavariya”, "Monako”, "Mançester Yunayted” kimi güclü rəqiblərlə qarşılaşa bilərsiniz. Onların hansı ilə üz-üzə gəlməkdən qorxursunuz və ya hansıyla qarşılaşmaq istərdiniz?
- Təbii ki, "Roma” heç bir rəqibdən qorxmamalıdı. Hər bir komandayla oynamağa hazırıq. Kimdənsə çəkinsək, indiyə qədər dediyim sözlərin heç bir mənası olmaz. "Roma” hər bir rəqiblə bərabər səviyyədə mübarizə aparmağa hazır olmalıdı.
 
- "Atletiko” "Qarabağ”la oyunlarda 4 xal itirdi. "Roma” da hər iki oyunda çətinliklə qalib gəldi. ÇL-də debütant bir komanda olan bu rəqib barəsində fikirləriniz necədi?
- "Qarabağ” əla oyun nümayiş etdirdi. Yalnız ilk oyunu çıxmaq şərtilə. Çünki "Çelsi” ilə ilk oyunda sistem səhv idi. Ondan sonra həmin sistemdən istifadə etmədilər və çıxışları da uğurlu alındı. Layiqli rəqib idi. Xüsusilə, "Atletiko”nun qarşısını aldılar. Hansı ki, bu, bizim üçün böyük əhəmiyyət kəsb edirdi.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X