21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabah Norveçlə səfərdə keçirəcəyi oyunun baş hakimi müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA yığmamızın Avropa çempionatının seçmə mərhələsindəki qarşılaşmasını danimarkalı ədalət təmsilçilərinə həvalə edib. Oyunu 36 yaşlı Mikael Taykqard idarə edəcək.
UEFA-nın hakimlər üçün 3-cü kateqoriyasına daxil olan referi 2012-ci ildən beynəlxalq dərəcəlidi.Fit sahibi ötən ay yığmamızın 2 oyununda iş başında olub. O, U-17-nin Avropa çempionatının seçmə mərhələsindəki görüşlərində fitini səsləndirib. Referi futbolçularımızın Rusiyaya 0:1, Slovakiyaya 2:4 hesabı ilə uduzduğu matçları idarə edib.
Fanat.az