"Çox güclü rəqibə qarşı mübarizə aparsaq da, bizim də qol vurmaq üçün şanslarımız oldu. Təəsüf ki, istifadə edə bilmədik. Fikrimcə, "Roma” ilə başabaş oynadıq”. Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın futbolçusu Dani Kintana deyib.
Çempionlar Liqasının qrup mərhələsinin sonuncu oyununda Azərbaycan çempionu səfərdə "Roma”ya minimal hesabla yenilib. Ağdam klubunun ispan yarımmüdafiəçisi görüşün ardından fikirlərini bölüşüb: "Qrupumuz olduqca səviyyəli idi. Rəqiblərimiz çox əzəmətliydilər. Avropanın tanınan komandalarıyla qarşılaşdıq. Bütün bunları nəzərə alsaq, bizim qazandığımız nəticə əladı”.
Fanat.Az