Didye Droqba yeni işə başlayıb. Fanat.Az xəbər verir ki, Fil Dişi Sahilindən olan futbolçu karyerasını bitirdikdən sonra klub rəsmisi kimi çalışacaq.
Droqba karyerasını 2018-ci ildə bitirəcək. Hazırda ABŞ-ın "Phoenix Rising" klubunda çıxış edən futbolçu ölkəsinin "Villiamsville" klubunun rəhbərliyində təmsil olunacaq.
Qeyd edək ki, Droqba karyerası ərzində Fransanın "Le Man", "Genqam", "Marsel", İngiltərənin "Çelsi", Çinin "Şanxay Şeanhua", Türkiyənin "Qalatasaray" və Meksikanın "Montreal İmpakt" klublarında çıxış edib.
Fanat.Az