"Futbolçulara yaxşı istirahət etmək müyəssər oldu və hazırda yaxşı hazırlaşmaq üçün ixtiyarımızda kifayət qədər vaxt var". Fanat.az xəbər verir ki, bu sözləri hazırda Tiflisdə təlim-məşq toplanışında olan "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Gürcü çalışdırıcı komandanın hazırlığını dəyərləndirib: "İlk iki gündə futbolçular çox yaxşı çalışdılar, sabah (bu gün) həmçinin iki məşqin keçirilməsi planlaşdırılır. Düşünürəm ki, şəraitin dəyişməsi bizə faydalı olacaq. Biz hər il buraya gəlirik və həmişə kifayət qədər yaxşı hazırlaşırıq. Toplanışın ilk günlərində futbolçuları böyük həcmli iş gözləyirdi, lakin onlar çox həvəslə işin öhdəsindən gəlirlər ki, bu da məni sevindirməyə bilməz. Məşqlər kifayət qədər məhsuldar keçir və bu, məni sevindirir. Belə çalışmaqda davam etsələr, o zamanda komanda mütləq "artıracaq".