Hakimlər gələn il Antalyada təlim-məşq toplanışına yollanacaq. Fanat.Az-a verilən məlumata görə toplanış 2 həftə sürəcək.
Belə ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rəhbərliyi altında yanvarın 20-də Türkiyədə olacaq ədalət təmsilçiləri fevralın 4-nə qədər qardaş ölkədə səviyyəsini yaxşılaşdırmağa çalışacaq. Toplanış çərçivəsində ənənəvi qaydada yoxlama görüşlərini idarə edəcək "qarapaltarlılar” fiziki hazırlığı yaxşılaşdırılması yönündə çalışmalara cəlb olunacaq, xüsusi dərslərdə yeniliklər barədə məlumatlandırılacaq.
İnformasiyanı AFFA-nın təsdiqlədiyini də vurğulayaq.
Fanat.Az