Albaniya Super Liqasında XIV tura start verilib. Fanat.Az xəbər verir ki, milli komandamızın hücumçusu Rauf Əliyevin formasını geyindiyi "Kukesi” də növbəti matçına çıxıb.
Raufun komandası "Luşnya”nı qəbul edib. Görüş qonların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyev matça start heyətində başlayıb.
Qeyd edək ki, 14 oyundan sonra aktivində 22 xal olan "Kukesi” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Fanat.Az