13:21 11.12.2017 3128

Tahir Süleymanov: "Qurban Qurbanovu heç kim bağışlamazdı"

Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov feysbuk səhifəsində yazı paylaşıb. Fanat.Az "Neftçi"nin sabiq vitse-prezidentinin fikirlərini olduğu kimi təqdim edir:
 
Baş məşqçiyə uzun müddət şans verilməlidir?!

Bu sual, mövzu elə uzun müddətdir ki, futbol ictimaiyyəti arasında müzakirə olunur. Qurban Qurbanovun timsalında nümunə göstərilir, müxtəlif arqumentlər gətirilir. Bundan istifadə edən məşqçilər də özlərinə bəraət qazandırmağa çalışırlar...

Dərin təhlillər aparılmalıdır. Azərbaycan futbolunun ən böyük problemlərindən biri elə problemlərə üzdən yanaşmaqdır. 

Dünyada əsasən iki kateqoriyalı klublar mövcuddur. Köklü, tarixi ənənəsi, formalaşan oyun üslubu olan daimi lider klublar və başqaları. Dünya çapında nəhəng klublardan tutmuş ölkə miqyasında olan bütün klublara qədər...

Lider klublar eksperiment məkanı deyil. Ola da bilməz. Belə klublar tarixinə uyğun idarə olunmalı, fəlsəfəsinə, ruhuna görə məşqçi, futbolçular seçilməli, yetişdirilməlidir. İmprovizasiya məkanı ikinci dərəcəli klublarda ola bilər...

Məşqçilər formalaşmış peşəkar psixologiyaya malikdir. 70-80%-i komandanın qələbə, heç-heçəsindən çox görüşdən sonra mətbuat konfransında "məğlubiyyəti kimin üstünə atım" düşüncəsilə oyuna çıxır. "Məğlubiyyətlərin günahkarı mənəm" deyən çoxmu məşqçi görmüsüz? Məsuliyyətdən qaçmaq məşqçilərin peşəkar vərdişidir. Klublarda zəif idarəçilik olanda isə bu "vərdiş" pik nöqtəyə çatır. Lider klubları zirvədə saxlamaq üçün işini bacaran lider rəhbərlər, məşqçilər, futbolçular lazımdır. 

Gələk yuxarıda qeyd etdiyim məsələyə. Qurban Qurbanova uzun müddət ona görə şans verilib ki, başladığı məşqçilik karyerasının ilk vaxtlarından potensialını göstərməyə başlayıb.

Hətta "Neftçi"də çalışdığı ilk ilində də sona kimi çempionluq uğrunda mübarizə aparıb. 

"Qarabağ"da isə pley-offlar yaşaya-yaşaya, bürünc, gümüş medallar əldə edərək sonda çempionluq, qruplar, ÇL-in tarixi uğurunu qazanıb. Çətinliklər görərək, istefalar eşidərək, püxtələşə-püxtələşə milliyə qədər yüksəlib. Qırılma nöqtəsi də ola bilərdi. Xatırlayıram, 2012-ci ildə "Neftçi"nin tarixi uğuru fonunda "Qarabağ" 4-cü yerlə kifayətləndi və Avroliqaya vəsiqə belə qazana bilmədi. Həqiqətən "Qarabağ"ın sponsorları, Qurban Qurbanov üçün çətin dönəm idi. Ya tamam, ya davam dilemması ilə qarşı-qarşıya dayanmışdılar. Baş məşqçi ciddi təzyiqlər, rəhbərliyin inamsızlığını görsəydi, özü də istefa verə bilərdi. Doğru analizlər, ictimaiyyətin dəstəyi (istəməyənlər də var idi) kritik nöqtəni aşmağa imkan verdi. İndiki uğurların təməli 5 il öncə atılmış oldu. Buna görə də ilk növbədə "Qarabağ"ın sponsorlarına xüsusi təşəkkür düşür.

Və bu boşuna verilən qərar deyildi. Çalışdığı dönəmdə "Qarabağ" heç vaxt ortabab, autsayder rolunda olmayıb. Hər mövsüm stabil olaraq liderlər arasında mövqeyini qoruyub. Uğursuzluqdan isə heç kim sığortalanmayıb. Əsas odur ki, bu uğursuzluqlar davamlı olmasın. Belə olsaydı, Qurban Qurbanovu heç kim bağışlamazdı və üzün müddət şans verilməzdi.

"Neftçi" də çalışdığım 5 il ərzində Bakıda, Quzanlıda 30-a yaxın prinsipial, barışmaz, çempionluq, kubok uğrunda oyunlarımız oldu. Görüşlərdə məğlubiyyət, qələbə, heç-heçələr qeydə alınıb. Qurban Qurbanov bir dəfə də olsun uğursuzluqlara bəhanələr gətirməyib, öz səhvləri üzərində çalışıb. Məşqçilərin bacarığı tək fiziki, taktiki, nəzəri biliklərlə sərhədlənməməlidi. Sponsor, rəhbərlik, rəqiblər, ictimaiyyət, azarkeş, media ilə əlaqələr, psixoloji yanaşma, ünsiyyət çox vacibdir. Qeyd etdiklərim lider məşqçilərin formalaşmasında mütləq amildir.

"Məşqçilərə uzun müddət şans verilməlidir" ifadəsi, fikirləri şablonluqdan uzaq olmalıdır.

Bu fərdi məsələdir və kütləvi olaraq hər məşqçiyə şamil oluna bilməz. Aparıcı klublarda çalışmaq böyük bacarıq, istedad, əzmkarlıq, geniş təfəkkür tələb edir. Yuxarıda qeyd etdiyim kimi lider klubların ortabab, autsayder olmaq şansı yoxdur. Məğlubiyyətləri sıralayaraq "mənə uzun müddət şans verilməlidir" düşüncəsi vaxt udmaqdan, manipulyasiyadan başqa bir şey deyil. Böyük klublarda rəhbər, məşqçi, futbolçuların bir şansı var: lider klubda liderliyini sübut etmək. Əks halda, böyük kluba layiq deyillər.

Klubun müxtəlif durumlara düşməsi mümkündür. Azərbaycan futbolunda belə hallar çox yaşanıb. Sponsor-rəhbər-məşqçi-futbolçu ardıcıllığı ilə məşqçi və ya başqasının günahı olmadan problemlər yaşana bilər. İdeyaları həyata keçirmək üçün obyektiv, subyektiv səbəblər təhlil olunmalı, sabahın qalibi olmaq üçün real, qətiyyətli addımlar atılmalıdır. Məğlubiyyətlərə bəhanələr gətirərək böyük məşqçi olmaq mümkün deyil.
 
Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X