Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mərasim dekabrın 13-də milli assosiasiyanın inzibati binasında keçiriləcək. Gündəlikdəki əsas məsələ komitəyə sədr seçkisi olacaq. Hazırda bu vəzifəni "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev tutur.
İclas saat 10:00-da başlayacaq.
Fanat.Az