AFFA Klublar Komitəsinin yeni sədri müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Neftçi"nin prezidenti Orxan Hüseynzadə komitənin prezidenti seçilib.
O, bu postda "Sumqayıt"ın prezidenti Kamran Quliyevi əvəzləyib. Orxan Hüseynzadə 7 səs toplayıb və qarşıdakı bir ildə komitə rəhbəri olacaq.
İndiyədək Klublar Komitəsinə "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov, AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov və "Sumqayıt"ın prezidenti Kamran Quliyev başçılıq edib.
Fanat.Az