AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı yaş qrupu komandaları ilə bağlı sərt qərarlar verilib. Fanat.Az xəbər verir ki, bir komanda yarışdan kənarlaşdırılıb.
Belə ki, U-13 Qızlar Liqasında baş tutan "Gömrükçü” – "Autizmlilər” matçında qonaqların heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün komanda yarışlardan kənarlaşdırılıb.
Bundan başqa, eyni liqada "Sumqayıt” – UGİM (Xaçmaz) və UGİM (Lənkəran) – "Əhmədli Yunayted” görüşündə meydan sahiblərinin heyətində yetərsay olmadığından, onlara texniki məğlubiyyət verilib.
İntizam Komitəsi "Mingəçevir” - UGİM (Xaçmaz) oyununda yaş limitini pozan hər iki komandaya texniki məğlubiyyət vermişdi. Lakin bu qərardan sonra Qadınlar Liqasının şöbəsi İK-ya məktub ünvanlayaraq, texniki şöbə olaraq səhvə yol verdiklərini və heç bir limitin pozulmadığını bildirib. Bunu nəzərə alan İntizam Komitəsi komandalarla bağlı verdiyi texniki məğlubiyyət qərarını ləğv edib.
Fanat.Az