Tiflisdə təlim-məşq toplanışında olan "İnter"in planı dəyişib. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze komandanı bir yox, iki yoxlama oyununda sınamaq qərarına gəlib.
Artıq rəqiblərin kimliyi də bəllidi. "İnter" sabah Sxinvali "Spartak"ını sınağa çəkəcək. Oktyabrın 12-də isə rəqib Rustavi "Metallurq"u olacaq.