Azərbaycanın U-17 yığmasına baş məşqçi təyin olunan Ramin Quliyev bununla bağlı fikirlərini bölüşüb. Fanat.Az xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlama verən mütəxəssis bunları söyləyib:
"Milli komandada çalışmaq son dərəcə məsuliyyətli, bir o qədər də şərəfli işdi. Belə bir vəzifəni mənə həvalə etdikləri üçün minnətdarlığımı bildirirəm. Etimadı doğrultmaq, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün əlimdən gələni edəcəm”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol