"Arsenal" "Real"ın ulduzuna elçi düşüb. Fanat.Az "Diario Gol"a istinadən xəbər verir ki, London klubu Kərim Benzemanı transfer etməyə çalışır.
İddia olunur ki, "Arsenal"ın fransız baş məşqçisi həmyerlisinin transferini istəyib. Artıq İngiltərə klubu 35 milyon funt-sterlinqlik təkliflə "Real"a müraciət edib.
"Real"ın Benzemanın gedişinə icazə verməsi gözlənilir. Çünki fransalı ulduzun hazırkı performansı klub rəhbərliyini və məşqçilər korpusunu razı salmır. O, cari mövsümdə meydana çıxdığı 17 rəsmi oyunda cəmi 5 qol vurub.
Qeyd edək ki, Benzema "Real"a 2009-cu ildə "Lion"dan 35 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" 29 yaşlı hücumçuya 60 milyon avro qiymət qoyub.
Fanat.Az