"Çox maraqlı oyun alındı”. Bunu "Sumqayıt”ın məşqçisi Seymur Rəhimov deyib.
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda öz meydanında "Qarabağ”la qarşılaşan "kimyaçılar” 2:0 hesablı qələbə qazanaraq yarımfinala adlayıblar.
Baş məşqçi Samir Abasov xarici səfərdə olduğu üçün onu əvəzləyən Rəhimov matç haqqındakı fikirlərini klub saytı ilə bölüşüb: "Böyük komandaya qarşı oynayırdıq. Futbolçulara təşəkkür edirəm. Canlarını qoydular. Azarkeşlərimizə də minnətdaram. Qurban müəllimə də işində uğurlar arzulayıram. O, bizim böyük qardaşımızdı. Bundan sonra kubok daha maraqlı olacaq. Hələ yolumuz uzundu. Düşünürəm ki, yaxşı olacaq”. (Apasport.az)
Fanat.Az