Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo siyasətə girişir.
Fanat.Az xəbər verir ki, 2018-ci ilin dekabrında futbolla tamamilə vidalaşacağını açıqlayan "sambaçı" gələn ilin oktyabrında senat seçkilərinə girəcək.
Braziliya mətbuatına görə 37 yaşlı ulduz qatı sağçı partiya olan "Patriota Parti"nin senator namizədlərindən olacaq. Ronaldinyonun 2012-2014-cü illərdə top qovduğu "Atletiko Mineyro"nun yer aldığı Minas Gerais bölgəsindən namizəd olacağı deyilir.
Ronaldinyo seçimlərdən uğurla ayrılacağı təqdirdə, senatdakı kinci sabiq ulduz futbolçu olacaq. Braziliyanın digər futbol əfsanəsi Romario da 2015-ci ildən senatda vəzifə tutur.
Fanat.Az