Almaniyanın II Bundesliqasında XVIII oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue” öz meydanında "Haydenhaym”ı qəbul edib.
Görüş 1:1 hesabı ilə başa çatıb. Nazarov start heyətində yer alıb və oyunu əvəzlənmədən keçirib.
Qeyd edək ki, "Aue” 23 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.
Fanat.Az