Fəhmin Muradbəyli "Neftçi"dən ayrılıb. Fanat.Az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi "Səbail"ə keçib.
"Neftçi" Fəhmini elitanın debütantına icarəyə verib. Futbolçu mövsümün sonunadək "Səbail"in formasını geyinəcək.
Qeyd edək ki, 21 yaşlı futbolçu cari mövsüm əsas komandanın heyətində 6 oyuna çıxıb və 278 dəqiqə oynayıb.
Fanat.Az