Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis” Kiprin I Divizionunda XVI turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Famaqusta təmsilçisi "Aris” səfərinə yollanıb. Görüş qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Araz matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. Ötən tur komandasının qələbə qoluna imza atan Abdullayev bu dəfə 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 16 oyundan sonra aktivində 36 xal olan "Anortosis” bir oyun artıq keçirməklə turnir cədvəlinin lideridir.