Rusiyanın "SKA-Rostov" klubuna azərbaycanlı baş məşqçi təyin edilib. Fanat.Az xəbər verir ki, bu barədə championat-rostov.ru saytı məlumat yayıb.
Ötə gün klubun baş direktoru Sergey Çebotarev və idman direktoru Oleq Dovqalev azarkeşlərlə görüşüb. Görüşdə komandanın yeni baş məşqçisi Kamil Bayramov və köməkçisi Aleksandr Tatarkin təqdim edilib.
45 yaşlı Kamil Bayramov əvvəllər "SKA-Rostov"un əvəzedici komandasına başçılıq edərək regional liqasının qalibi olub. O, bir çox Azərbaycan yığmasıda çıxış edib, A kateqoriyalı məşqçi lisenziyası var və uzun illərdi Rostovda yaşayır.
"Rostov-on-Don" Rusiya Peşəkar Futbol Liqasının Liqasının Cənub zonasında çıxış edir. Komanda cari mövsümdə keçirdiyi 18 oyunda 27 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Fanat.Az