"Qalatasaray" İdarə Heyətinin toplantısı başa çatıb. Fanat.Az xəbər verir ki, klub rəhbərliyinin iclasında baş məşqçi İqor Tudorla yolların ayrılmasına qərar verilib.
Bu barədə klubun birja üçün yaydığı açıqlamada bildirilir: "Şirkətimizin 18.12.2017 tarixində keçirilən İdarə Heyəti toplantısında futbol A komandasının baş məşqçisi İqor Tudor və köməkçilərinin işinə son veriləsi səs birliyi ilə qərara alınıb".
İdarə Heyətinin toplantısında verilən başqa bir qərar şok efekti yaradıb. Belə ki, "Qalatasaray" rəhbərliyi erkən seçki qərarı verib. Klubun növbəti konqresi gələn ilin may ayında baş tutmalı idi. Lakin rəhbərlik seçkinin yaxın vaxtda keçirilməsinə qərar verib. Dəqiq tarix hələ açıqlanmır.
Fanat.Az