"Qəbələ" legionerlərindən biri ilə yollarını ayırıb. Fanat.Az xəbər verir ki, bölgə klubu Ekiqo Ehiosunla vidalaşıb.
Mövsümün əvvəlində Türkiyənin "Qaziantep BB" klubundan ölkəmizə gələn nigeriyalı forvard ümidləri doğrultmadı. Baş məşqçi Roman Qriqorçukun 7 rəsmi oyunda 368 dəqiqə forma şansı verdiyi 28yaşlı futbolçu yola salınıb.
Qeyd edək ki, "Qəbələ" Ekiqo Ehiosunu 2014/15 mövsümündə Türkiyənin "Gənclərbirliyi" klubundan icarəyə götürmüşdü. Həmin vaxt "qırmızı-qaralar"ın heyətində 34 rəsmi oyuna çıxan nigeriyalı 6 qol vurmuşdu.
Fanat.Az